Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 19% artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə 2022-ci ilin yanvar-may aylarında daşınmış yüklərin həcmi 2 854 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,9% artıb.
1news.az APA-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən əldə olunan məlumata görə, yüklərin 42,5%-ni neft yükləri təşkil edib.
“Dəniz limanları tərəfindən 4 560,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4293,5 min tonunu və ya 94,1%-ni tranzit yüklər təşkil edib. 2022-ci il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 124,1 min ton olub”, - məlumatda qeyd olunub.
Məlumata görə, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilin müvafiq dövrünə nisbətən 28,3% artaraq 6,8 min nəfər təşkil edib.
1news.az