Yeni televizor almağı düşünürsünüz? Samsung Neo QLED əldə etmək üçün əsas 4 səbəb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni televizor almağı düşünürsünüz? Samsung Neo QLED əldə etmək üçün əsas 4 səbəb

Qafar Ağayev17:42 - 20 / 06 / 2022
Yeni televizor almağı düşünürsünüz? Samsung Neo QLED əldə etmək üçün əsas 4 səbəb

Əgər siz yeni televizor almaq fikrindəsinizsə, bu məqalə sizin üçündür.

Əgər siz yeni televizor almaq fikrindəsinizsə, bu məqalə sizin üçündür. Elektrik cihazları mağazalarında mövcud böyük seçim çox vaxt çaşqınlıq yaradır. Burada ilk baxışdan oxşar görünən modellər tamamilə fərqli, “yaxşı” görünən televizor isə əslində o qədər də yaxşı olmaya bilir. Bu səbəbdən seçiminizi məhz Samsung Neo QLED üzərində dayandırmalı olmanızın 4 səbəbini təqdim edirik:

1) Infinity One dizaynı. Dizayn vacib seçim amillərindən biridir. Televizor mövcud interyer üçün seçildiyi üçün həm otaqdakı ümumi interyerə, həm də mebel və digər cihazlara uyğun olmalıdır. Son dərəcə minimalist görünüşü, kiçik çərçivələri və korpusun minimum qalınlığını özündə birləşdirən müasir dizaynı sayəsində, Samsung Neo QLED istənilən interyerə uyğunlaşır. Televizorun ekranı qoruyucu əks etdirən şüşə ilə örtülmüşdür, bu səbəbdən də söndürüldükdə, o, incə çərçivə ilə haşiyələnmiş interyer elementini xatırladır. Bütün ekran sahəsi üzrə korpusun qalınlığı eynidir və cəmi 16,9 mm təşkil edir, belə ki televizoru divara assanız, o, nazik çərçivədəki şəkili xatırladacaq. Eyni zamanda, televizoru çox kiçik mərkəzi dayaqda da yerləşdirə bilərsiniz ki, zərurət yarandıqda, o, hətta çox kiçik bir şkaf üzərində də quraşdırıla bilər.

2) Funksionallıq. Ənənəvi olaraq biz televizordan daha çox şey gözləyirik, bizə təkcə sevimli filmlərimizə baxmaq üçün cihaz yox, həm də universal multimedia mərkəzi gərəkdir. Belə ki, Samsung Neo QLED istifadəsi asan və rahat olan, "Smart Hub" istifadəçi interfeysi üzərindən işləyir. İnteryfeys ekranın aşağı hissəsində, cari məzmunun üstündə yer alan lent menyusu kimi təqdim olunmuşdur. Bu lentdə hər hansı element seçildikdə, onun alt menyusu yuxarıda açılır, buna misal olaraq, Youtube-da tövsiyə olunan videoları, parametrlərdə əsas tənzimləmələri və s. qeyd etmək olar. Bundan əlavə, siz smartfonunuza yerləşən istənilən məzmunu televizorda izləyə bilərsiniz, bunun üçün sadəcə telefonu televizora qoşmaq və multi-ekran rejimindən istifadə etmək yetərlidir. Samsung Neo QLED TV-də quraşdırılmış Google Voice Assistant isə daha çox əyləncə, eləcə də cihazın tam olaraq səs ilə idarə olunma seçimlərini təqdim edir.

3) Şəkil keyfiyyəti - istənilən televizorun əsas komponentidir. Samsung Neo QLED-də Quantum Mini LED işıqlandırmalı 8K icazəli panelindən istifadə edilir. Buradakı LED-lər ənənəvi işıqlandırma ilə müqayisədə 40 dəfə daha kiçikdir, bu da LED-lərin sayını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradır. Bununla nə əldə edirik? Fərqli zonaların işıqlandırılmasında çeviklik, belə ki, hər bir zona bir-birindən asılı olmayaraq "işıqlandırılır", buda ümumi təzadlığı artırmağa kömək edir. “Ağıllı” işıqlandırma burada 33 milyon piksel ilə birlikdə daha aydın və parlaqlıq təsvir təqdim edir. Həmçinin, süni intellektlə işləyən Neo Quantum Processor 8K da ümumi işə öz töhfəsini verir. Belə ki, televizor "adi" videonu 8K keyfiyyətinə qədər yaxşılaşdıra bilir. Dərin öyrənmə alqoritmi daxil edilən təsviri təhlil edir və orijinal aşağı icazəyə malik video siqnalında çatışmayan hər bir pikseli bərpa edərək, görüntünü təkmilləşdirir.

4) Səs keyfiyyəti. Kim öz evində kinoteatrın olmasına yox deyər ki? Bu hər birimizin arzusudur. Samsung Neo QLED ilə kinoteatrdakı tək, səsiləndirmə və keyfiyyətli təsvirdən hər gün həzz ala bilərsiniz. Televizorun akustik sistemi korpusun arxa tərəfinin aşağı hissəsində yerləşən səkkiz aşağı tezlikli dinamikdən və arxa tərəfdə “barmaqlıqların” arxasında gizlənmiş dörd yüksək tezlikli dinamikdən ibarətdir( ikisi televizorun yanlarında və daha ikisi yuxarı künclərində). Daxili audionun ümumi gücü 70 Vt təşkil edir ki, bu da öz növbəsində yüksək keyfiyyətli və çox zəngin səs ötürməyə imkan yaradır. Həmçinin, televizor ekranda hərəkət edən obyektin səsini izləyə bilir, buna “Samsung Object Tracking Sound Pro” funksiyası kömək edir. OTS Pro texnologiyası ilə siz səsi hərəkətin baş verdiyi yerdə eşidirsiniz - səs ekrandakı hərəkətə uyğun olaraq hərəkət edir.

Xatırladaq ki, Samsung Neo QLED televizorları artıq Azərbaycan bazarında da satışa çıxarılıb. Samsung Neo QLED televizorları haqqında əlavə məlumatı Samsung-un rəsmi internet saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home, Maxi.az, Soliton, World Telecom və Optimal mağazalar şəbəkəsində əldə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
360

Son xəbərlər

Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıbBu gün, 13:27Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıbBu gün, 13:19Payızda Heydər Əliyev Beynəlxalq Aeroportundən 80-dən çox istiqamətə səyahət imkanıBu gün, 13:01Yay tətili zamanı Bakıda hansı küçələr təmir edilib? - AAYDA açıqladıBu gün, 12:54İsti, yağış, qar - Sabahın havası açıqlandıBu gün, 12:42Kərim Vəliyev İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşübBu gün, 12:35“Olivia”nın yeni reklam çarxı bütün ölkəyə səs saldı – “S.O.S” fərqli təqdimatda - VİDEOBu gün, 12:30Kolleclərə direktorlar təyin olunubBu gün, 12:15“Gənclər heç kimin təsiri altına düşməməlidirlər”Bu gün, 12:10Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edibBu gün, 11:49Prezident Qarabağ Universitetinin tələbələri ilə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışıbBu gün, 11:41İlham Əliyev: “Bax, bütün bu amillər bir yerdə olanda, heç bir qüvvə o xalqın qabağında dura bilməz”Bu gün, 11:37Bakıda kirayə mənzil bazarında vəziyyət – Hansı hallar qiymətlərə təsir edə bilər?Bu gün, 11:26İlham Əliyev: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcəkBu gün, 11:18Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələri ilə bağlı iclas keçirəcəkBu gün, 11:16Bu gün Azərbaycanda Dövlət Suverenliyi GünüdürBu gün, 11:10Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 11:04
Bütün xəbərlər