Ağdamda minik avtomobilləri toqquşub, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda minik avtomobilləri toqquşub, ölən var

11:24 - 20 / 06 / 2022
Ağdamda minik avtomobilləri toqquşub, ölən var

Ağdamda minik avtomobilləri toqquşub, ölən var.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə iyunun 18-i saat 19 radələrində rayonun Xındırıstan kəndi ərazisində qeydə alınıb.

Belə ki, Aşur Əliyevin idarə etdiyi “VAZ-21063” və İ.Vəliyevin idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən A.Əliyev ölüb, digər sürücünün vəziyyəti qənaətbəxşdir.

Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

1news.az

Paylaş:
213

Son xəbərlər

Bütün xəbərlər