Bağçalara elektron qaydada qəbulun başlayacağı tarix açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bağçalara elektron qaydada qəbulun başlayacağı tarix açıqlandı

Qafar Ağayev12:34 - 20 / 06 / 2022
Bağçalara elektron qaydada qəbulun başlayacağı tarix açıqlandı

İyulda məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qaydada qəbuluna start veriləcək.

Təhsil Nazirliyindən 1news.az-a verilən xəbərə görə, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq. Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

Paylaş:
299

Son xəbərlər

Bütün xəbərlər