Bakıda adam oğurlayan dəstəyə verilən cəza bəlli oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda adam oğurlayan dəstəyə verilən cəza bəlli oldu

Qafar Ağayev13:22 - 21 / 06 / 2022
Bakıda adam oğurlayan dəstəyə verilən cəza bəlli oldu

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən Vidadi Məlikov 14 il, Rəşad Hüseynov və Zamin Hüseynov 11 il, Şahnaz İbrahimova 10 il, Mirməhəmməd Qədirov və Elçin Babayev isə 9 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145.2.5( 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə təqsirli biliniblər.

Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qismində tanınıb.

Paylaş:
327

Son xəbərlər

Bütün xəbərlər