Akademik Eldar Salayev II Fəxri Xiyabanda dəfn olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Eldar Salayev II Fəxri Xiyabanda dəfn olunub

15:29 - 21 / 06 / 2022
Akademik Eldar Salayev II Fəxri Xiyabanda dəfn olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, akademik Eldar Salayev II Fəxri Xiyabanda dəfn olunub.

1news.az xəbər verir ki, əvvəlcə mərhumla Təzə Pir məscidində vida mərasimi keçirilib.

Daha sonra dəfn olunmaq üçün II Fəxri Xiyabana aparılıb.

Mərasimdə mərhumun ailə üzvləri ilə yanaşı, elm və təhsil xadimləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Eldar Salayev ötən gün 88 yaşında vəfat edib.

1news.az

Paylaş:
321

Son xəbərlər

Bütün xəbərlər