Xocavənddə 1 tona yaxın çətənə kolu məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocavənddə 1 tona yaxın çətənə kolu məhv edilib

10:43 - 21 / 06 / 2022
Xocavənddə 1 tona yaxın çətənə kolu məhv edilib

Xocavənddə 1 tona yaxın çətənə kolu məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar ediblər.

Tədbir zamanı işğaldan azad edilmiş Zoğalbulaq kəndinin ərazisindəki meşə massivində yabanı halda bitmiş çəkisi 1 tona yaxın olan 2156 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

1news.az

Paylaş:
179

Son xəbərlər

Bütün xəbərlər