Türkiyəli mütəxəssislər Azərbaycan hərbçiləri üçün minatəmizləmə kursu keçir | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyəli mütəxəssislər Azərbaycan hərbçiləri üçün minatəmizləmə kursu keçir

15:14 - 22 / 06 / 2022
Türkiyəli mütəxəssislər Azərbaycan hərbçiləri üçün minatəmizləmə kursu keçir

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin iştirakı ilə xüsusi minatəmizləmə və axtarma kursu başlanılıb.

Müdafiə Nazirliyindən (MN) 1news.az-a verilən xəbərə görə, kurs zamanı hərbi qulluqçular xüsusi hazırlanmış mühəndis şəhərciyində minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirəcəklər.

1news.az

Paylaş:
201

Son xəbərlər

Bütün xəbərlər