Azərbaycan tarixinə dair ilk fundamental atlas nəşr olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan tarixinə dair ilk fundamental atlas nəşr olunub

Qafar Ağayev15:39 - 22 / 06 / 2022
Azərbaycan tarixinə dair ilk fundamental atlas nəşr olunub

Prezident İlham Əliyevin tarix xəritələrinin dərc olunması çağırışına cavab olaraq, bu günlərdə “Azərbaycan tarixi xəritələrdə” atlası nəşr olunub.

“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən 1news.az-a verilən məlumata görə, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan atlasın elmi redaktoru, “Ön söz”ünün müəllifi və naşiri AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov, layihə rəhbəri isə Vüqar Ağayevdir.

“Azərbaycan tarixi xəritələrdə” atlası Azərbaycan tarixinə dair ilk mükəmməl və geniş həcmli atlasdır. Atlasa ən qədim zamanlardan Vətən müharibəsinə qədərki dövrdə dünyanın müxtəlif ölkələrində dərc olunan və Azərbaycanın dövlətçilik tarixini əks etdirən ən mühüm xəritələr daxil edilib. Atlasda ilk dəfə olaraq Şimali Azərbaycanda çar Rusiyası dönəmində mövcud olan quberniya və qəzaların xəritələri təqdim edilir. Çar Rusiyası işğalları dövründə hərbi topoqrafların hazırladığı xəritələrdəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir və bu, sübut edir ki, ermənilər Cənubi Qafqazın aborigen etnosu - ən qədim yerli əhalisi deyillər.

Yeni nəşrdə Azərbaycan dövlətlərinin, o cümlədən Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Əfşar imperiyalarının xəritələri öz əksini tapıb. Atlasda Azərbaycan tarixçilərinin “Azərbaycan SSR xəritələri” atlası (1972), ilk “Azərbaycan tarixi atlası” (2007), ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” (2014) və “Azərbaycan Respublikasının Milli Atlası”nda (2014) çap olunan xəritələri də verilib. Ən maraqlı xəritələrdən biri isə Azərbaycan dövləti olan İrəvan xanlığının (1747-1828) xəritəsidir. Çünki müasir Ermənistan Respublikasının bütün ərazisi bu xanlığın torpaqlarıdır.

Ümumiyyətlə, atlasa 198 xəritə, o cümlədən böyük türk alimi Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərindəki dünya xəritəsi (1076), italyan kartoqraf Fra Mauronun “Mappa mundi” adlı dünya xəritəsi (1459), Qafqaz Hərbi Dairəsinin xəritəsi (1903) və Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi (1919) daxil edilib. Bu xəritələr sübut edir ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb.

Qeyd edək ki, “Azərbaycan tarixi xəritələrdə” atlası Vətən müharibəsində qazanılan tarixi qələbənin nəticələrini əks etdirən xəritə (2021) ilə tamamlanır.

Paylaş:
272

Son xəbərlər

“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 15:22Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıbBu gün, 13:27Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıbBu gün, 13:19Payızda Heydər Əliyev Beynəlxalq Aeroportundən 80-dən çox istiqamətə səyahət imkanıBu gün, 13:01Yay tətili zamanı Bakıda hansı küçələr təmir edilib? - AAYDA açıqladıBu gün, 12:54İsti, yağış, qar - Sabahın havası açıqlandıBu gün, 12:42Kərim Vəliyev İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşübBu gün, 12:35“Olivia”nın yeni reklam çarxı bütün ölkəyə səs saldı – “S.O.S” fərqli təqdimatda - VİDEOBu gün, 12:30Kolleclərə direktorlar təyin olunubBu gün, 12:15
Bütün xəbərlər