DİN-dən azad olunmuş ərazilərdə nadir heyvan növlərinin qorunması ilə bağlı GÖSTƏRİŞ

İşğaldan azad olunan ərazilərdə flora və faunanın mühafizəsi daxili İşlər orqanlarının diqqət mərkəzindədir, xüsusi olaraq nəzarət tədbirləri həyata keçirilir.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Şöbə rəisi qeyd edib ki, həmin ərazilərdə nadir heyvan növlərinin – dağ keçiləri, cüyürlər, ayılar, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, ona zərər yetirilməsinə icazə verilmir.
"Həmin əraziyə gedən şəxslər bu barədə təlimatlandırılır.
O gözəlliyi qorumaq, onun genişlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə Daxili İşlər Nazirliyi tərəfindən polis və Daxili Qoşunlarının hərbi qulluqçularına müvafiq göstərişlər verilib", -polis mayoru deyib.
Həmçinin oxuyun:
Ümumdünya Təbiəti Mühafizə Fondunun nümayəndəsindən azad olunan ərazilərə gedənlərə MÜRACİƏT
Şahdağ Milli Parkında daha bir zubr balası dünyaya gəlib - FOTO
1news.az