İndiyədək avtobusla Ağdama nə qədər sərnişin səfər edib? - Say açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

İndiyədək avtobusla Ağdama nə qədər sərnişin səfər edib? - Say açıqlandı

Qafar Ağayev13:00 - 22 / 06 / 2022
İndiyədək avtobusla Ağdama nə qədər sərnişin səfər edib? - Say açıqlandı

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) işğaldan azad olunmuş ərazilərə istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə indiyədək Ağdama 2633 sərnişin səfər edib.

DANX-dan 1news.az-a verilən məlumata görə, onlardan 1254 nəfər Bakı – Ağdam – Bakı, 1379 nəfər isə Bərdə – Ağdam – Bərdə reysi ilə gedib.

Qeyd edək ki, DANX-ın işğaldan azad olunmuş ərazilərə 24 yanvar 2022-ci ildən etibarən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günədək 200 reys həyata keçirilib, 8588 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.

Paylaş:
253

Son xəbərlər

Bütün xəbərlər