Ağdaşda 2 ton 300 kiloqram çətənə kolu məhv edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaşda 2 ton 300 kiloqram çətənə kolu məhv edilib - FOTO

Qafar Ağayev13:23 - 23 / 06 / 2022
Ağdaşda 2 ton 300 kiloqram çətənə kolu məhv edilib - FOTO

Ağdaşda 2 ton 300 kiloqram narkotik tərkibli bitki məhv edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2022” kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mürsəl və Ağzıbir kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

Ümumi çəkisi 2 ton 300 kiloqram olan 3105 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Paylaş:
262

Son xəbərlər

Bütün xəbərlər