Göygöldə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöldə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb - FOTO

13:36 - 23 / 06 / 2022
Göygöldə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb - FOTO

Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki avtomobillərdən təhlükəsizlik kameralarının qarşısında oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakinləri İbrahim Qasımov və Bəxtiyar Hacızadə rayonun Hacıməlik qəsəbəsində vətəndaşlara məxsus avtomobillərə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq cinayəti törədiblər

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
215

Son xəbərlər

Bütün xəbərlər