Azərbaycan və Rumıniya əməkdaşlıq protokolu imzalayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Rumıniya əməkdaşlıq protokolu imzalayıb

13:45 - 23 / 06 / 2022
Azərbaycan və Rumıniya əməkdaşlıq protokolu imzalayıb

Azərbaycan və Rumıniya iki ölkə arasında gələcək əməkdaşlıq istiqamətlərini əhatə edən protokol imzalayıb.

1news.az-ın məlumatına görə, sənəd Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya"nın 6-cı iclasında çərvəsində imzalanıb.

Protokolu Komissiyanın həmsədrləri – Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku imzalayıb.

Rəsmilər iclasın yekunlarına, imzalanan sənədə dair brifinq keçirib, protokolun Azərbaycan və Rumıniya əlaqələrinin inkişafında önəmli rol oynayacağına əminlik ifadə ediblər.

1news.az

Paylaş:
192

Son xəbərlər

Bütün xəbərlər