FHN-in amfibiya təyyarəsi Türkiyəyə yola düşüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN-in amfibiya təyyarəsi Türkiyəyə yola düşüb - YENİLƏNİB

Qafar Ağayev17:13 - 23 / 06 / 2022
FHN-in amfibiya təyyarəsi Türkiyəyə yola düşüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşüb.

Bu barədə 1news.az-a FHN-dən bildirilib.

15:13

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.

1news.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.

Paylaş:
908

Son xəbərlər

Bütün xəbərlər