Azərbaycanda aktiv koronavirus xəstəsinin sayı 167 oldu - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda aktiv koronavirus xəstəsinin sayı 167 oldu - STATİSTİKA

Qafar Ağayev16:33 - 23 / 06 / 2022
Azərbaycanda aktiv koronavirus xəstəsinin sayı 167 oldu - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 089 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 206 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib, aktiv xəstə sayı 167 nəfərdir.

Ölkədə son sutka ərzində 2222, hazırkı dövrədək isə 6 947 820 test aparılıb.

Paylaş:
403

Son xəbərlər

Bütün xəbərlər