Həkimdən xəbərdarlıq: “Yayda dönərdən az istifadə edin” | 1news.az | Xəbərlər
Cəmiyyət

Həkimdən xəbərdarlıq: “Yayda dönərdən az istifadə edin”

16:51 - 23 / 06 / 2022
Həkimdən xəbərdarlıq: “Yayda dönərdən az istifadə edin”

Bəzi ictimai-iaşə obyektlərində soyuq zəncirvari sistem qorunmur. Bu səbəbdən də yay aylarında qida zəhərlənmələri artır.

1news.az-ın xəbərinə görə, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi Aynur Məmmədova bildirib ki, xüsusi ilə dönər və digər “fast-food” satışı həyata keçirilən yerlərdə bu qaydalara əməl olunmur:

“Dönərxanalarda ət, mayonez kimi məhsullar daimi olaraq soyuducuda saxlanılmadığına görə öz keyfiyyətini itirir. Yay aylarında bütün məhsullar qısa zamanda xarab olur. Belə risklərə görə gigiyenik normativlərə tam əməl olunmalıdır. Yaxşı olar ki, yay aylarında dönər və digər ayaqüstü qidalardan mümkün qədər az istifadə edilsin. Çünki adi halda insanlar dönərin və ya bu tipli qidaların hazırlandığı məhsulların keyfiyyətini öyrənə bilməz. Bu səbəbdən də mümkün qədər ehtiyatlı olmaq lazımdır”.

Ehtiyatı əldən verən və zəhərlənən insanlara tibbi yardımlar fərqli tətbiq olunmalıdır. Həkim A.Məmmədova sözlərində görə, belə hallarda böyüklərə və uşaqlara ayrıca yanaşma tələb olunur:

“Uşaqlarda zəhərlənmə baş verdiyi zaman çəkisinə uyğun olaraq, hər 10 kiloqrama 1 ədəd aktivləşdirilmiş kömür verilməlidir. Ev şəraitində uşağın mədəsinin yuyulmasını tövsiyə etmirəm. Zəhərlənən uşağa bol miqdarda maye verilməlidir. Əgər əlamətlər keçərsə, növbəti gün sahə pediatrına müraciət edilə bilər. Əks halda uşaq dərhal xəstəxanaya çatdırılmalı və ona ilkin tibbi yardım göstərilməlidir. Yetkin insanlarda zəhərlənmə baş verdiyi zaman 10 ədəd aktivləşdirilmiş kömür əzib içmək lazımdır. Həmçinin bol miqdarda maye qəbulu vacibdir. Böyüklərdə qida zəhərlənməsi baş verdiyi zaman ev şəraitində mədəni yumaq və imalə etmək olar. Lakin bütün hallarda ən doğru addım zamanda həkimə müraciət etməkdir.

Zəhərlənmələrdən yayınmaq üçün qidaların satın alınması, hazırlanması, bişirilməsi və saxlanması qaydalarına, o cümlədən gigiyenaya diqqət edin!”

1news.az

Paylaş:
60

Son xəbərlər

Kəsici alət ilə metroya girib insanları təhdid edən şəxs onu ittiham edənlərə cavab verdi - VİDEOBu gün, 15:30Həm dadlı, həm təhlükəli: dondurma alarkən ehtiyatlı olun - ARAŞDIRMABu gün, 15:24Bakıda şagird sayı 500-dək olan məktəblərə direktor olmaq üçün 120 nəfər sənəd veribBu gün, 15:19Azərbaycanlı jurnalistlərin Şuşa ilə bağlı yazısı 9 ölkənin 16 mətbuat orqanında yayımlanıbBu gün, 15:18Bakıda narkotik satan qadın tutulub - VİDEOBu gün, 15:01İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər təsdiqləndiBu gün, 14:56Bakı metrosunda qatarda tüstülənmə olubBu gün, 14:51Apple Pay artıq Xalq Bank kart sahibləri üçün əlçatan olurBu gün, 14:44Qazaxda yol tikintisinə 6.9 milyon manat ayrılıbBu gün, 14:41Ağdam Sənaye Parkının rezidenti olmaq üçün 15 layihə təqdim edilibBu gün, 14:33Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən piyada və sürücülərə MÜRACİƏTBu gün, 14:25Azərbaycanın quru sərhədləri niyə bağlıdır? - Deputat açıqladıBu gün, 14:13Sabahın hava proqnozu açıqlanıbBu gün, 14:07Füzulinin azad olunmuş kəndində yanğın baş veribBu gün, 14:05ASCO-nun “Gəmi təmiri haqqında Əsasnamə”si yenilənibBu gün, 13:52DSX sərhədi pozan 3 nəfəri saxladı - FOTOBu gün, 13:51MN: Azərbaycan Ordusunun Ermənistanla sərhəddə atəş açması barədə məlumatlar yalandırBu gün, 13:41Kamaləddin Qafarov: “Sammit Xəzəryanı dövlətlərin müştərək fəaliyyətinə yeni impuls verdi”Bu gün, 13:20İrəvanın Təpəbaşı məhəlləsinə dair araşdırmanın və kitabın təqdimatı keçirilib - FOTOBu gün, 13:06Deputat: “Ermənilərin son 200 ildə törətdikləri vəhşiliklər dünya ictimaiyyətinə çatdırılmalıdır”Bu gün, 12:57
Bütün xəbərlər

Next TV