Bakıda atasını küt alətlə öldürən şəxsə hökm oxunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda atasını küt alətlə öldürən şəxsə hökm oxunub

17:02 - 23 / 06 / 2022
Bakıda atasını küt alətlə öldürən şəxsə hökm oxunub

Bakıda atasını öldürməkdə ittiham olunan İlqar Kərimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

1news.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İlqar Kərimov 5 il müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, hadisə bu ilin mart ayında qeydə alınıb. Xəzər Rayon Prokurorluğunun məlumatına görə, martın 12-də Kərimov Ramiz Nurulla oğlu təzyiq xəstəliyi ilə əlaqədar səhhətinin pisləşməsi nəticəsində ölüb. Meyitin daxili müayinəsi zamanı mərhumun baş beyin yarımkürələrinin geniş qansızması aşkar olunub. Qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən təkrar zərbələrlə yetirilməsi zamanı törədilməsi müəyyən edilib. Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin oğlu İlqar Kərimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ramiz Kərimovun baş nahiyəsinə zərbələr vuraraq törədilməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq Ramiz Kərimov barəsində həbs-qətimkan tədbiri seçilib.

1news.az

Paylaş:
246

Son xəbərlər

Bütün xəbərlər