Elşad Hacıyevdən media nümayəndələrinə MÜRACİƏT: DİN mətbuat xidməti 24 saat fasiləsiz fəaliyyət göstərir | 1news.az | Xəbərlər
Cəmiyyət

Elşad Hacıyevdən media nümayəndələrinə MÜRACİƏT: DİN mətbuat xidməti 24 saat fasiləsiz fəaliyyət göstərir

Qafar Ağayev17:54 - 23 / 06 / 2022
Elşad Hacıyevdən media nümayəndələrinə MÜRACİƏT: DİN mətbuat xidməti 24 saat fasiləsiz fəaliyyət göstərir

"Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti 24 saat fasiləsiz fəaliyyət göstərir".

1news.az-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev media nümayəndələrinə müraciətində deyib.

O, bildirib ki, heç bir halda zənglərə, sorğulara etinasız yanaşılmır.

"Hüquq-mühafizə fəaliyyəti ilə bağlı, xüsusilə əməliyyat-axtarış tədbirlərini əks etdirən görüntü və məlumatları yaymazdan əvvəl mütləq dəqiqləşdirilmə aparılmalıdır".

Paylaş:
849

Son xəbərlər

Bütün xəbərlər