Azərbaycan millisi FİFA reytinqində bir pillə irəliləyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan millisi FİFA reytinqində bir pillə irəliləyib

Qafar Ağayev12:52 - 23 / 06 / 2022
Azərbaycan millisi FİFA reytinqində bir pillə irəliləyib

Milli komandaların FİFA reytinqi açıqlanıb.

1news.az-ın Apasport.az-a istinadən məlumatına görə, Azərbaycan yığması 1127 xalla dünyanın 128-ci komandasıdır.

Canni de Byazinin yetirmələri sonuncu dəfə martda açıqlanan cədvəllə müqayisədə 1 pillə irəliləyib. Üç ay əvvəl yığmamız 129-cu sırada yer almışdı.

Komandamızın irəliləyişinə Millətlər Liqasının iyun oyunları səbəb olub. De Byazinin yetirmələri 4 qarşılaşmada 4 xal toplayıb.

Qeyd edək ki, cədvələ 1838 xala malik Braziliya başçılıq edir.

Paylaş:
228

Son xəbərlər

Bütün xəbərlər