Şuşada ilk yaşayış binalarının inşasını həyata keçirəcək şirkət bəlli olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşada ilk yaşayış binalarının inşasını həyata keçirəcək şirkət bəlli olub - FOTO

Qafar Ağayev13:21 - 24 / 06 / 2022
Şuşada ilk yaşayış binalarının inşasını həyata keçirəcək şirkət bəlli olub - FOTO

Şuşa şəhərində salınacaq 23 binalı yaşayış massivinin 8 binasının inşası üzrə keçirilən açıq tender müsabiqəsinə yekun vurulub.

1news.az xəbər bu barədə Şuşa Şəhəri Dövlət Qoruğunun yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, 9 şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən qiymətləndirilmiş və komissiyanın qərarı ilə "CONCO" QSC ilə müqavilə bağlanıb.

Şuşa şəhərinin Baş planına əsasən, aparılacaq tikinti işləri üç və beşmərtəbəli binalar olmaqla müasir materialların istifadəsi ilə baş tutacaq və Şuşa şəhərinin iqlim şəraiti nəzərə alınacaqdır. Eyni zamanda, binaların zirzəmisində avtodayanacaq imkanı da olacaq.

Yeni yaşayış kompleksinin yerdə qalan 15 binasının inşası üzrə açıq tenderin keçirilməsi yaxın zamanlarda baş tutacaqdır. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi təcrübəli tikinti şirkətlərini keçiriləcək növbəti tender müsabiqəsində fəal iştirak etməyə dəvət edir.

Paylaş:
887

Son xəbərlər

Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02
Bütün xəbərlər