TuranBank nüfuzlu maliyyə qurumundan iri həcmli kredit cəlb etdi! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

TuranBank nüfuzlu maliyyə qurumundan iri həcmli kredit cəlb etdi! - FOTO

Qafar Ağayev15:54 - 24 / 06 / 2022
TuranBank nüfuzlu maliyyə qurumundan iri həcmli kredit cəlb etdi! - FOTO

TuranBank və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon ABŞ dolları həcmində yeni kredit sazişi imzalanıb.

Cəlb olunan vəsaitlər TuranBank-a Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatına üzv ölkələr arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq.

Məlumat üçün bildiririk ki, TuranBank 2011-ci ildən Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirərək müxtəlif biznes sahələrinin maliyyələşdirməsini reallaşdırmışdır. Qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan maliyyə bazarında ilk dəfə manat valyutasında kreditləşmə xəttini TuranBank vasitəsilə həyata keçirmişdir. Bank cəlb etdiyi bu vəsait hesabına Kiçik və Orta sahibkarlığın inkişafına dəstək göstərməkdə davam edir.

Qara Dəniz Ticarət və İnkişaf Bankı Qara dəniz bölgəsi ölkələrinin regional inkişafını və əməkdaşlığını dəstəkləmək məqsədilə 1999-cu ildə fəaliyyətə başlayıb. QDTİB üzv ölkələrdə dövlət və özəl sektorda layihələr və ticarətin maliyyələşdirilməsi məqsədi ilə kreditlər, kredit xətləri, səhmdar kapitalı və zəmanətlər verərək iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir. Bank regional əməkdaşlığın inkişafı prinsiplərini əsas tutaraq üzv ölkələrdə layihələrin maliyyələşdirilməsində və kapitalında iştirak edir.

TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bankımız Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), EMF Mikromaliyyə Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.

Reklam hüququnda

Paylaş:
367

Son xəbərlər

Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02
Bütün xəbərlər