Qusarda 20 yaşlı oğlan göldə boğulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda 20 yaşlı oğlan göldə boğulub

09:43 - 24 / 06 / 2022
Qusarda 20 yaşlı oğlan göldə boğulub

Qusarda 20 yaşlı oğlan göldə batıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN)saytına istinadən xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində, süni göldə 2002-ci il təvəllüdlü Səlimov Amid Mübariz oğlunun batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən A.Səlimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

1news.az

Paylaş:
342

Son xəbərlər

Bütün xəbərlər