Bakı sakinindən 1 kq heroin götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakinindən 1 kq heroin götürülüb

10:58 - 24 / 06 / 2022
Bakı sakinindən 1 kq heroin götürülüb

Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əmircan qəsəbə sakini Z.Xeyrullayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 15 qrama yaxın heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 1 kiloqram 31 qrama yaxın heroin və elektron tərəzi götürülüb.

1news.az

Paylaş:
188

Son xəbərlər

Bütün xəbərlər