Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb

Qafar Ağayev14:32 - 25 / 06 / 2022
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb

Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə artıb.

1news.az-a Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, 2022-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1 milyard 810 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1 milyard 373 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 435 milyon manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib. May ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi ölkədaxili əməliyyatların 41,6 faizini təşkil edib.

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər