Batma təhlükəsi ilə üzləşən üç nəfər xilas edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Batma təhlükəsi ilə üzləşən üç nəfər xilas edildi

13:06 - 25 / 06 / 2022
Batma təhlükəsi ilə üzləşən üç nəfər xilas edildi

"Qızılqum", "Görədil" və "Şüvəlan" sularında xilasetmə məntəqəsi ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində batma təhlükəsində olan üç nəfərin həyatı xilas olunub.

1news.az

Paylaş:
259

Son xəbərlər

Bütün xəbərlər