Sabirabadda “Nissan” traktorla toqquşdu, ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda “Nissan” traktorla toqquşdu, ölən və yaralananlar var

Qafar Ağayev11:24 - 27 / 06 / 2022
Sabirabadda “Nissan” traktorla toqquşdu, ölən və yaralananlar var

Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

1news.az-ın məlumatına görə, hadisə iyunun 26-da saat 3 radələrində Sabirabad rayonunun Çiçəkli kəndi ərazisində baş verib.

Kənd sakini Ş.Xankişiyevin idarə etdiyi “Nissan” markalı avtomobillə həmkəndlisi V.Məmmədovun idarə etdiyi “T-28” markalı traktor toqquşub. Nəticədə Ş.Xankişiyevin sərnişini Elsevər Quliyev hadisə yerində ölüb, özü, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş:
282

Son xəbərlər

Bütün xəbərlər