Azad edilmiş ərazilərdə daha 56 mina aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərdə daha 56 mina aşkarlanıb

13:52 - 28 / 06 / 2022
Azad edilmiş ərazilərdə daha 56 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, iyunun 20-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 25 piyada əleyhinə mina, 31 tank əleyhinə mina və 147 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 774 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

1news.az

Paylaş:
183

Son xəbərlər

Bütün xəbərlər