Azərbaycan məktəbində BİABIRÇILIQ: Şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir - VİDEO

Azərbaycanda fəaliyyət göstərən məktəblərinin birində şagirdlərə İranın ali dini lideri Xameneiyə həsr olunmuş “Salam fərmandeh (Salam komandan) marşının təbliğ olunduğu görünür.
1news.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərin Yevlax rayonundakı məktəblərin birində çəkildiyi qeyd edilib.
Eyni zamanda, görüntülərdə Azərbaycan bayrağının yanlış asılması da əks olunub.
Təhsil Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
1news.az
308