BŞTİ Bakıda məktəbdə baş verən yanğınla məlumat yaydı - YENİLƏNİB

İyunun 28-də təxminən saat 16:30 radələrində Bakı şəhəri Sabunçu rayonu 68 nömrəli tam orta məktəbdə naməlum səbəbdən yanğın baş verib.
Bakı Şəhəri Təhsil İdarəsindən 1news.az-a verilən məlumata görə, Yanğın məktəbin əsas tədris binasının 2-ci mərtəbəsində olduğu bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb olunub və hazırda yanğına müdaxilə prosesi davam edir.
Məktəb rəhbərliyinin məlumatına əsasən xəsarət alan yoxdur.
***
17:23
Sabunçuda məktəb yanır.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN)saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
1news.az