İntihardan sonra həkimin qardaşları ərini döyüb | 1news.az | Xəbərlər
Cəmiyyət

İntihardan sonra həkimin qardaşları ərini döyüb

17:43 - 28 / 06 / 2022
İntihardan sonra həkimin qardaşları ərini döyüb

Bakıda baş verən intihar hadisəsi barədə bəzi detallar məlum olub.

1news.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, ginekoloq-həkim Xalidə Kəngərlinin həyat yoldaşının psixoloji problemləri olub.

O, 10 ilə yaxındır ki, evdə qapalı şəraitdə qalırmış və evin bütün yükü onun çiyinlərində imiş.

X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar pozitiv, həyatsevər olduğunu və intihar etməyinə inanmadıqlarını bildiriblər.

Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb.

X.Kəngərli bu gün dəfn olunub.

1news.az

Paylaş:
251

Son xəbərlər

Bütün xəbərlər