Türkiyənin Batman şəhərində Qarabağ Parkı salınıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyənin Batman şəhərində Qarabağ Parkı salınıb - FOTO

Qafar Ağayev09:04 - 28 / 06 / 2022
Türkiyənin Batman şəhərində Qarabağ Parkı salınıb - FOTO

Türkiyənin Batman şəhərində tarixi Qarabağ Zəfərinin qazanılması münasibətilə Qarabağ Parkı salınıb.

1news.az Batman bələdiyyəsinə istinadla xəbər verir ki, iyunun 30-da parkın açılış mərasimi keçiriləcək.

Batman bələdiyyəsini məlumatına görə, ümumilikdə 15 min 397 kvadratmetr ərazini əhatə edən park ən müasir arxitektura əsasında qurulub. Burada uşaq əyləncə məkanı, istirahət yerləri, fəvvarələrdən ibarət bölmələr və s. qurulub.

Rəsmi hissə və bədii proqramdan ibarət açılış mərasimində dövlət rəsmiləri, yerli ictimaiyyətin təmsilçiləri iştirak edəcəklər. Açılış mərasimində azərbaycanlı müğənni Azərinin konserti olacaq.

Paylaş:
432

Son xəbərlər

Bütün xəbərlər