Oğuzda 4 tona yaxın narkotik tərkibli bitki məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuzda 4 tona yaxın narkotik tərkibli bitki məhv edilib

09:54 - 28 / 06 / 2022
Oğuzda 4 tona yaxın narkotik tərkibli bitki məhv edilib

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbir nəticəsində Bayan kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, ümumi çəkisi 4 tona yaxın olan 3100 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv olunub.

1news.az

Paylaş:
209

Son xəbərlər

Bütün xəbərlər