“Kontakt” ölkə xaricində artıq ikinci mağazasını açdı – FOTOLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

“Kontakt” ölkə xaricində artıq ikinci mağazasını açdı – FOTOLAR

Qafar Ağayev11:00 - 28 / 06 / 2022
“Kontakt” ölkə xaricində artıq ikinci mağazasını açdı – FOTOLAR

İlk dəfə ölkə hüdudlarından kənarda – Gürcüstanın paytaxtı Tbilisidə elektronika mağazasını açan 100% yerli brend “Kontakt”, yaxın günlərdə Gürcüstanda növbəti mağazasını böyük sevinclə təqdim edib. “Gldani Mall”da yerləşən bu “Kontakt Home” mağazası Tbilisinin Gldani bölgəsinin ən böyük elektronika mağazasıdır.

Mağazanın rəsmi açılışına “Kontakt” mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadə, “Gürcüstan” nümayəndəliyinin rəhbəri Radiq Əsgərli də daxil olmaqla Samsung, Apple, Huawei, Delonghi kimi qlobal brendlərin region üzrə nümayəndələri və təmsilçiləri, eləcə də Tbilisi sakinləri qatılıb.

Açılış tədbiri istehsalatın başlamasını simvolizə edən “Start düyməsi”nin sıxılması ilə başlayıb, Gürcüstanın sevilən musiqi qruplarının çıxışı, hədiyyəli və əyləncəli oyunlarla davam edib. Tədbir iştirakçıları həm də “Şeş-qoşa” kampaniyasından yararlanıblar. Sözügedən kampaniya Azərbaycanda olduğu kimi Gürcüstanda da olduqca maraqla qarşılanıb. Üstəlik açılışa qatılanlar peşəkar barista tərəfindən hazırlanan ətirli Delonghi qəhvəsindən dada biliblər. Bir sözlə açılış tədbiri böyükdən kiçiyə bütün Gldani sakinlərinin ürəyincə olub.

“Gldani Mall”un ikinci mərtəbəsində yerləşən loft üslublu bu mağaza 2000 m2 geniş sahəyə malik olub, dünya brendlərinə məxsus 20.000 çeşiddə rəqəmsal, kiçikböyük məişət, tekstil və digər ev əşyalarını özündə birləşdirir.

Məlumat üçün bildirək ki, yaxın zamanlarda Gürcüstanın digər şəhərlərində də yeni “Kontakt Home” mağazaları istifadəyə veriləcək. Bununla da “Kontakt”ın sevinc dairəsi biraz da genişlənəcək.

“Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Xiaomi”, “Realme”, “Sony”, “Panasonic”, “Hoffmann”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin rəsmi satış mərkəzidir.

Hazırda şəbəkənin Azərbaycan üzrə ümumilikdə 34 mağazası, Gürcüstanın paytaxtı Tbilisidə 2, kontakt.azkontakt.ge onlayn mağazaları fəaliyyət göstərir. Sizə ən yaxın mağazanı buradan tapa bilərsiniz.

Paylaş:
330

Son xəbərlər

Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22
Bütün xəbərlər