Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ

Qafar Ağayev09:00 - 29 / 06 / 2022
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ

İyunun 29-u gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Paylaş:
265

Son xəbərlər

Bütün xəbərlər