Nazir: Ağdam, Füzuli, Şuşada şagirdlərin inkişafı üçün xüsusi laboratoriyalar tikiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: Ağdam, Füzuli, Şuşada şagirdlərin inkişafı üçün xüsusi laboratoriyalar tikiləcək

16:40 - 30 / 06 / 2022
Nazir: Ağdam, Füzuli, Şuşada şagirdlərin inkişafı üçün xüsusi laboratoriyalar tikiləcək

“Növbəti tədris ilindən Zəngilanın Ağalı kəndinə şagirdlərimiz qayıdır”.

1news.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev respublika fənn olimpiada qaliblərinin mükafatlandırılma mərasimində çıxışı zamanı deyib.

Nazir deyib ki, istər Ağdam, istər Füzuli, istərsə də Şuşada təhsil alacaq şagirdlərin inkişafı üçün xüsusi laboratoriyaların tikilməsi planlaşdırılır:

“Ümid edirik ki, gələcəkdə işğaldan azad olunmuş ərazilərdə təhsil alacaq şahirdlərimiz də belə olimpiadalarda iştirak edib, yüksək nəticələr əldə edəcəklər”.

1news.az

Paylaş:
297

Son xəbərlər

Bütün xəbərlər