DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar var

Qafar Ağayev17:15 - 30 / 06 / 2022
DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar var

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib, 39 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar həyata keçirilib. Tədirlər zamanı Hüseyn Qasımov, Mikayıl Qafarov, Seyfəddin Rəhimov, İsmayıl Qacayev və Ramik Məmmədov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şühbəli bilindikləri üçün saxlanılıblar.

Onlardan ümumilikdə 39 kiloqram narkotik vasitə heroin, tiryək, marixuana, 500 ədəd metadon həbi və 365 ədəd xüsusi qulluq edilərək yetişdirdikləri çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslərin hər biri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
90

Son xəbərlər

Qaradağda yolların yenidən qurulmasına 5,3 milyon manat ayrılıb - SƏRƏNCAMBu gün, 14:02XİN: Azərbaycan Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirBu gün, 13:44MN: Sosial şəbəkədə özünü hərbi polis kimi təqdim edən vətəndaşın Orduya aidiyyəti yoxdurBu gün, 13:3961 bağça müdiri işdən çıxarılıb, biri ilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına göndərilibBu gün, 13:20Çavuşoğlu: “Dost da, düşmən də bilsin ki, can Azərbaycan tək deyil”Bu gün, 12:43Məhsul qiymətləri ilə bağlı “Veysəloğlu”dan aylıq AÇIQLAMABu gün, 12:30Allahşükür Paşazadə: Londonda səfirliyimizə hücum edənlərin cəzalandırılmasını tələb edirikBu gün, 12:26Bakı-Ələt yolundakı qəzada yaralanan beş nəfərdən xəbər varBu gün, 12:08DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?Bu gün, 12:05Sabunçu polisi əməliyyat keçirdi, 61 nəfər tutuldu - FOTOBu gün, 11:49Azərbaycanda Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilirBu gün, 11:30Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayırBu gün, 11:16Manatın xarici valyutalara qarşı rəsmi məzənnəsiBu gün, 10:51Ceyhun Bayramov Türkiyəyə yola düşübBu gün, 10:34Magistraturanın boş qalan yerlərinə qəbul elan edilibBu gün, 10:32“Huawei”in Azərbaycan nümayəndəliyinin “Gələcək üçün toxumlar” proqramının sayca 5-ci bağlanış tədbiri keçirildi – FOTOBu gün, 10:20Orta ixtisas təhsili müəssisələri üzrə ixtisas seçimi başlayıbBu gün, 10:10Dinimiz insanın özünə xəsarət yetirməsini, qan çıxarmasını qadağan edir - Hacı ŞahinBu gün, 09:38Azərbaycan Ordusunun mövqeləri atəşə tutulubBu gün, 09:25Həftəsonu yol qəzalarında ölənlərin sayı açıqlanıbBu gün, 09:23
Bütün xəbərlər

Next TV