Həyətində narkotik yetişdirən şəxs polisə xəsarət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Həyətində narkotik yetişdirən şəxs polisə xəsarət edib

Qafar Ağayev09:42 - 30 / 06 / 2022
Həyətində narkotik yetişdirən şəxs polisə xəsarət edib

Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə getmişlər.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov saxlanılarkən polis əməkdaşına kəsici alətlə xəsarət yetirmişdir. Ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
244

Son xəbərlər

Bütün xəbərlər