Qiyməti, keyfiyyəti və hədiyyəsi ilə sevindirəcək yeni Huawei Y70 artıq “Kontakt”da | 1news.az | Xəbərlər
Cəmiyyət

Qiyməti, keyfiyyəti və hədiyyəsi ilə sevindirəcək yeni Huawei Y70 artıq “Kontakt”da

Qafar Ağayev11:18 - 30 / 06 / 2022
Qiyməti, keyfiyyəti və hədiyyəsi ilə sevindirəcək yeni Huawei Y70 artıq “Kontakt”da

“Kontakt” Huawei brendinin HUAWEI nova Y70 modelini iyulun 1-dən bütün mağazalarında nağd alışda 499 manata, hissəli alışda isə 12 aylıq ilkin ödənişsizfaizsiz şərtlərlə satışa təqdim edəcək.

Üstəlik iyulun 31-dək 128 GB yaddaş tutumu olan bu smartfonu alana qiyməti 140 manat olan HUAWEI Band 6 smart qolbağı hədiyyə olunacaq.

Eyni zamanda yeni HUAWEI nova Y70 modelini “Kontakt”dan alıb, “Şeş-qoşa” kampaniyasında iştirak edərək avtomobil qazanmaq şansınız da var. İndi isə gəlin modelin önə çıxan funksiyalarının bəziləri ilə birlikdə tanış olaq.

Güclü batareya təəccübləndirəcək: 6000 mAh batareya yalnız həftədə 2 dəfə enerji doldurmaqla istifadə edilə bilər. Bu da HUAWEI nova Y70 modelinin əsas fərqini ortaya qoyur. İndi könül rahatlığı ilə saatlarla sevdiyiniz filmləri izləyə, musiqilərə doyunca qulaq asa, həyəcanınız yarıda qalmadan oyunlarınızı oynaya bilərsiniz. Hətta cəmi 5% batareya ilə smartfonunuzu 12 saat daha istifadə edə bilərsiniz. Bütün sadalananlarla yanaşı modelin bir başqa üstünlüyü də onun 22,5 Vt-lıq “SuperCharge” özəlliyidir ki, sadəcə 10 dəqiqə ərzində yığdığı enerji ilə 3 saatlıq videoya baxış imkanı yaradır. Əlavə olaraq HUAWEI nova Y70 -in güclü batareyası sayəsində digər cihazları tərs doldurma rejimindən istifadə edərək enerji ilə təmin etməyiniz mümkün olacaq.

VİDEO:

Ultra dar çərçivələrdən göz alıcı parlaq ekran: HUAWEI nova Y70 in 6.75 düymlük “FullView” ekranı və 90,26% bədən-ekran nisbəti ilə özündən əvvəlki modelləri görüntü səviyyəsi ilə geridə qoyur. Bu ekranda izlənilən məzmunlar istifadəçilərinə daha rəngli, daha canlı və daha üstün təcrübə yaşadacaq.

Ən dəqiq görüntülər barmaqlarınızın ucunda: HUAWEI nova Y70, heyranlıq oyadacaq üçlü AI (süni intelekt) kamera quruluşu ilə birlikdə gəlir. 48 MP-lik əsas, 5 MP-lik ultra geniş bucaqlı, 2 MP-lik dərinlik kamerası ilə istər uzaq mənzərəni, istər sizin üçün dəyərli olan portreti, istərsə də ən təbii və təsadüfi anları çəkiliş düyməsinə toxunmaqla əbədiləşdirə bilərsiniz.

8 MP-lik selfi kamerası cildinizi olduqca hamar, bütün üz cizgilərinizi isə mükəmməl şəkildə əks etdirəcək. Beləcə hər zaman ən yaxşı şəkillərlə parlaqlığınızın dadını çıxara bilərsiniz!

Qeyd edək ki, “Huawei” brendinin rəsmi tərəfdaşı olan “Kontakt” mağazalar şəbəkəsində brendin ən son modellərini və geniş çeşidini uyğun şərtlərlə əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
520

Son xəbərlər

Ağdam Sənaye Parkında görülən işlərlə tanış olunub - FOTO10 / 05 / 2024, 18:39NAYORA tərəfindən Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib10 / 05 / 2024, 17:57Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ10 / 05 / 2024, 17:47Prezident Sus kəndində sakinlərlə görüşdü - Elektrik stansiyaların açılışını etdi10 / 05 / 2024, 17:32Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri Azərbaycanda - FOTO10 / 05 / 2024, 17:11ADY rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - FOTO10 / 05 / 2024, 17:02Şuşa rayonunun Turşsu qəsəbəsinin təməli qoyulub10 / 05 / 2024, 16:57Azərbaycan Ordusunda andiçmə mərasimləri - FOTO - VİDEO10 / 05 / 2024, 16:49Daşkəsənə dolu düşüb - Faktiki hava10 / 05 / 2024, 16:47Bakı-Şamaxı yolunda yeni qurğu - Qayda pozduğunuzu dərhal biləcəksiniz10 / 05 / 2024, 16:34“AccessBank” Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib10 / 05 / 2024, 16:28İlham Əliyevlə xanımı Şuşanın ilk sakinləri ilə görüşdü10 / 05 / 2024, 16:21PAŞA Holding-in törəmə şirkətlərindən olan Agro Dairy-nin növbəti Kənd Təsərrüfatı təlimləri keçirildi10 / 05 / 2024, 16:19İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar10 / 05 / 2024, 16:09Şuşada Şirin su hamamının bərpadan sonra açılışı oldu10 / 05 / 2024, 15:57Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib10 / 05 / 2024, 15:45Azərbaycanın XİN başçısı Qazaxıstana təşəkkür edib10 / 05 / 2024, 15:30Ölkənin ucqar regionlarında yüksəksürətli internetə çıxış əldə edənlərin sayı açıqlanıb10 / 05 / 2024, 15:26Bərdədə qadın küçədə bıçaqlandı10 / 05 / 2024, 15:19Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir - FOTO10 / 05 / 2024, 15:08
Bütün xəbərlər