“Nizami Gəncəvi” və “Gənclik” parkları sakinlərin sevimli məkanına çevrilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nizami Gəncəvi” və “Gənclik” parkları sakinlərin sevimli məkanına çevrilib - FOTO

12:15 - 30 / 06 / 2022
“Nizami Gəncəvi” və “Gənclik” parkları sakinlərin sevimli məkanına çevrilib - FOTO

Dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin bütün güşələrində və xüsusi olaraq paytaxtımız Bakı şəhərində yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir.

Bu Azərbaycanın parklar ölkəsi olduğunu bir daha sübut edir. Artıq Bakı şəhərində 300-ə yaxın park, bağ və istirahət məkanları var və yeni parkların salınması, mövcud olanlarında isə əsaslı təmir-yenidənqurma prossesi davam edir.

Paytaxtımıza xüsusi gözəllik verən parklardan biri “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkıdır. 11,2 hektar ərazisi olan parkda paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının səmərəli istirahəti üçün hər cür şərait yaradılıb. Bir vaxtlar “Luna Park” adı ilə məşhur olan parkda əsaslı yenidənqurmaya zərurət yaranmışdı. Bu məsələ Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə həllini tapdı və 2021-ci il dekabrın 30-da park istifadəyə verildi.

Qeyd edilməlidir ki, 1922-ci ildə salınmış parkın şəhərin estetik görünüşünə uyğunlaşdırılması məqsədilə onun ərazisində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, süni göl yaradılıb, amfiteatr və 1938-ci ildən mövcud olan yay kinoteatrı yenidən qurulub, iki fəvvarə kompleksi və müasir tipli işıqlandırma sistemi yaradılıb. Parkda müasir söhbətgahlar, müxtəlif ölçülü oturacaqlar, idman qurğuları quraşdırılıb, uşaq əyləncə kompleksi yaradılıb. Parkın ərazisində yaşıllaşdırma işləri görülüb, minlərlə ağac-kol və dekorativ bəzək bitkiləri əkilib.

Axşam saatlarında, istirahət günlərində parka gələn sakinlərin sayı daha da artır. İnsanlar ailə üzvləri, yaxınları ilə parkdakı istirahət guşələrinə toplaşır, pikniklər təşkil edirlər. Bu da vətəndaşlarımızda yeni istirahət mədəniyyəti formalaşdırır.

Bakı şəhərinə gözəllik verən daha bir məkan Xətai rayonu ərazisində 43 hektar ərazidə yeni yaradılan “Gənclik” parkıdır. Bir zamanlar baxımsız ərazi olan bu məkan indi indi tam yeni görkəm alıb. Ərazi yenidən qurularaq Azərbaycanın meşə tipli füsunkar parklarından birinə çevrilib.

Parkda şəhər sakinlərinin və qonaqların istirahəti üçün müxtəlif infrastruktur yaradılıb. Burada 300 minədək ağac əkilib, yaşıllıqlar salınıb. Bir sözlə, sakinlər və qonaqların parkda asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait vardır.

Yeni istirahət məkanında həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb, attraksion quraşdırılıb. Həmçinin fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılıb. Burada qurulmuş "Ürəklər" kompozisiyası isə paytaxtımıza, təbiətimizə, insanlarımıza olan sevgini tərənnüm edir.

Parkda bağlı və açıq futbol meydançaları inşa olunub, ziyarətçilər üçün piknik məntəqələri də vardır. Qaçış üçün cığırlar, eləcə də velosiped yolları parkın idmansevərlərin də ən çox üz tutduqları məkana çevrib.

Beləliklə, yeni parklar paytaxtda aparılan abadlıq-quruculuq işlərinə mühüm töhfə verərək həm də şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsidir.

Paylaş:
87

Son xəbərlər

Qaradağda yolların yenidən qurulmasına 5,3 milyon manat ayrılıb - SƏRƏNCAMBu gün, 14:02XİN: Azərbaycan Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirBu gün, 13:44MN: Sosial şəbəkədə özünü hərbi polis kimi təqdim edən vətəndaşın Orduya aidiyyəti yoxdurBu gün, 13:3961 bağça müdiri işdən çıxarılıb, biri ilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına göndərilibBu gün, 13:20Çavuşoğlu: “Dost da, düşmən də bilsin ki, can Azərbaycan tək deyil”Bu gün, 12:43Məhsul qiymətləri ilə bağlı “Veysəloğlu”dan aylıq AÇIQLAMABu gün, 12:30Allahşükür Paşazadə: Londonda səfirliyimizə hücum edənlərin cəzalandırılmasını tələb edirikBu gün, 12:26Bakı-Ələt yolundakı qəzada yaralanan beş nəfərdən xəbər varBu gün, 12:08DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?Bu gün, 12:05Sabunçu polisi əməliyyat keçirdi, 61 nəfər tutuldu - FOTOBu gün, 11:49Azərbaycanda Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilirBu gün, 11:30Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayırBu gün, 11:16Manatın xarici valyutalara qarşı rəsmi məzənnəsiBu gün, 10:51Ceyhun Bayramov Türkiyəyə yola düşübBu gün, 10:34Magistraturanın boş qalan yerlərinə qəbul elan edilibBu gün, 10:32“Huawei”in Azərbaycan nümayəndəliyinin “Gələcək üçün toxumlar” proqramının sayca 5-ci bağlanış tədbiri keçirildi – FOTOBu gün, 10:20Orta ixtisas təhsili müəssisələri üzrə ixtisas seçimi başlayıbBu gün, 10:10Dinimiz insanın özünə xəsarət yetirməsini, qan çıxarmasını qadağan edir - Hacı ŞahinBu gün, 09:38Azərbaycan Ordusunun mövqeləri atəşə tutulubBu gün, 09:25Həftəsonu yol qəzalarında ölənlərin sayı açıqlanıbBu gün, 09:23
Bütün xəbərlər

Next TV