Azərbaycanda aktiv koronavirus xəstəsinin sayı 200-ü keçdi - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda aktiv koronavirus xəstəsinin sayı 200-ü keçdi - STATİSTİKA

Qafar Ağayev16:52 - 01 / 07 / 2022
Azərbaycanda aktiv koronavirus xəstəsinin sayı 200-ü keçdi - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 302 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 383 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 202 nəfərdir.

Ölkədə son sutka ərzində 2 653, hazırkı dövrədək isə 6 966 738 test aparılıb.

Paylaş:
603

Son xəbərlər

Bütün xəbərlər