DİN Göygöldə 6 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN Göygöldə 6 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb

10:55 - 02 / 07 / 2022
DİN Göygöldə 6 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Göygöl rayonunda 6 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb.

DİN-dən 1news.az-a verilən məlumata görə, iyulun 1-də saat 23 radələrində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində Samux rayon sakini Orxan Hümbətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini N.Bayramovun idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub. Nəticədə O.Hümbətov və 4 sərnişini hadisə yerində, 1 sərnişini isə xəstəxanada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
205

Son xəbərlər

Bütün xəbərlər