Mərdəkanda qadın evdən 10 min avro oğurlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərdəkanda qadın evdən 10 min avro oğurlayıb

13:45 - 02 / 07 / 2022
Mərdəkanda qadın evdən 10 min avro oğurlayıb

Mərdəkanda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 30-da Mərdəkan qəsəbəsi bağlar yaşayış sahəsindəki evlərin birindən 10.000 avro oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini A.Nəsirova müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

1news.az

Paylaş:
232

Son xəbərlər

Bütün xəbərlər