Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

12:14 - 02 / 07 / 2022
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

İyulun 2-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri iştirak ediblər. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ali hərbi rütbələrlə təltif olunmuş hərbi qulluqçuları bir daha təbrik edən müdafiə naziri onların göstərilən etimadı doğruldacaqlarına inandığını bildirib.

General-polkovnik Z.Həsənov Ali Baş Komandanın Kəlbəcər rayonunda hərbi hissənin açılışında çıxışı zamanı Azərbaycan Ordusunu bir daha yüksək qiymətləndirdiyini vurğulayaraq qarşıya qoyulan yeni vəzifələri layiqincə yerinə yetirmək, ölkəmizin ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq istiqamətində Ordumuzun üzərinə düşən bütün vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gələcəyinə əminliyini ifadə edib. Müdafiə naziri revanşist qüvvələrin mümkün təxribatlarının qarşısını almağa hər an hazır olmaq barədə müvafiq tapşırıqlar verib.

Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlığının artırılması barədə konkret tapşırıqlar verilib.

Müdafiə naziri yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinin fəaliyyətini, eləcə də onların komplektləşməsinin uğurla icra olunduğunu müsbət qiymətləndirib. General-polkovnik Z. Həsənov komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi barədə müvafiq göstərişlər verib.

Milli Müdafiə Universitetinin fəaliyyətinə dair məruzələri dinləyən nazir elmi potensialdan səmərəli istifadə edərək, hərb elmində tədqiqatların keyfiyyət əmsalının artırılmasının, o cümlədən müasir döyüş əməliyyatlarının elmi yanaşmalarla araşdırılmasının və hərbi təhsil müəssisələrində yeni metodlardan istifadə olunmasının əhəmiyyətini vurğulayıb.

Hava temperaturunun yüksəlməsi ilə əlaqədar şəxsi heyət arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi rejimin tələblərinə, həmçinin yanğın və digər təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına nəzarətin vacibliyi qeyd edilib.

General-polkovnik Z.Həsənov azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, mühəndis təminatı üzrə zəruri tədbirlərin davam etdirilməsi, həmçinin xidməti-döyüş və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə yeni hərbi infrastrukturun yaradılması istiqamətində görülən işlərlə bağlı göstərişlər verib.

Nazir Ali Baş Komandanın müvafiq sərəncamına əsasən elektron qaydada bölgüsü aparılan çağırışçıların müvafiq bölmələrdə yerləşdirilməsi, eyni zamanda, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması işlərinin mütəşəkkil qaydada icra olunması barədə aidiyyəti şəxslər qarşısında tapşırıqlar qoyub.

1news.az

Paylaş:
323

Son xəbərlər

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02
Bütün xəbərlər