Bazar gününün hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bazar gününün hava proqnozu açıqlanıb

14:01 - 02 / 07 / 2022
Bazar gününün hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyul ayının 3-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 21-23° isti, gündüz 30-32° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 50-55 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti mülayim şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar olaraq əhalinin diqqətli olması tövsiyə olunur.

Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacaq.

1news.az

Paylaş:
809

Son xəbərlər

Orxan Məmmədov: Qarabağ KOB-ları proqramına start verilibBu gün, 17:54Azərbaycanda son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıbBu gün, 17:49İbrahim Kalın: “Türkiyə Prezidenti ənənəvi olaraq ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycana edir”Bu gün, 17:33İlham Əliyev və Mehriban Əliyeva Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimində iştirak edirlərBu gün, 17:10“Azərxalça”da 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirildi - FOTOBu gün, 16:58Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandıBu gün, 16:51Hərbi İnstitutda elmi-praktik seminar və “Elmi Əsərlər” jurnalının təqdimatı keçirilibBu gün, 16:31Azərbaycan Premyer Liqasında son 19 ilin rekordu təkrarlanıbBu gün, 15:52Bu gün Ərdoğanla Bayden arasında telefon danışığı olacaqBu gün, 15:37Azərbaycanda ilk dəfə Beynəlxalq Riyaziyyat Olimpiadaçıları Konfransı keçirilibBu gün, 15:15Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötübBu gün, 14:54Şirvanda terminaldan oğurluq edən şəxs saxlanılıbBu gün, 14:38Havanı çirkləndirən asfalt-beton zavodunun rəhbəri cəzalandırılıbBu gün, 14:16Hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb - FOTO - VİDEOBu gün, 13:58Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıbBu gün, 13:54İlham Əliyev Qazaxıstan səfirinin etimadnaməsini qəbul etdiBu gün, 13:38İlham Əliyev Nikolsonu qəbul edibBu gün, 13:35Ermənistanda qızılcaya yoluxanların sayı artıbBu gün, 13:18Lənkəranda dəniz kənarında mina tapılıbBu gün, 13:07Zelenski Ərdoğanı təbrik etdiBu gün, 12:48
Bütün xəbərlər

Next TV