Faktiki hava: Yağış yağıb, leysan olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Faktiki hava: Yağış yağıb, leysan olub

Qafar Ağayev15:12 - 04 / 07 / 2022
Faktiki hava: Yağış yağıb, leysan olub

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a bildirilib ki, iyulun 4-ü saat 14:00-a olan məlumata əsasən hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.

Gecə saatlarında başlayan yağış nəticəsində 4 iyul saat 04:00-05:00 radələrində Zaqatala rayonu ərazisindən axan Qaraçaydan (Böyükçay), Talaçaydan, Qımırdan, Qımırbazar kəndindən sel keçmiş və hal-hazırda davam edir.

Düşən yağışın miqdarı: Balakəndə 83.0 mm (aylıq normanın 108 %-i), Zaqatalada 80.0 mm (aylıq normanın 104 %-i), Sarıbaşda (Qax) 22.0 mm, Kişçayda (Şəki) 16.0 mm, Astarada 14.0 mm, Qəbələdə 10.0 mm, İsmayıllıda 9.0 mm, Xınalıqda 8.0 mm, Altıağac, Xaltanda 7.0 mm, Qrızda 5.0 mm, Bərdədə 4.0 mm, Şahdağ, Qobustanda 3.0 mm, Ləzə (Qusar), Oğuzda 2.0 mm, Ağdamda 1 mm olub.

Qar örtüyünün hündürlüyü: Şahdağda qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub.

Külək: Qərb küləyi arabir Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında 15-17 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Havanın maksimal temperaturu: İyulun 03-də Bakıda iqlim normasından 1.0° aşağı olub, Bakıda və Abşeron yarımadasında 25-27° isti, Naxçıvan MR-da 27-33° isti, dağlıq rayonlarda 17-21° isti, aran rayonlarında 26-33° isti olub.

Paylaş:
374

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu AddımlarBu gün, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olubBu gün, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olubBu gün, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyirBu gün, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcəkBu gün, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunduBu gün, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45
Bütün xəbərlər