Azərbaycanda “Russian Film Festival” çərçivəsində IVI onlayn kinoteatrı platformasında serial hitləri təqdim olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda “Russian Film Festival” çərçivəsində IVI onlayn kinoteatrı platformasında serial hitləri təqdim olunur

Qafar Ağayev09:48 - 04 / 07 / 2022
Azərbaycanda “Russian Film Festival” çərçivəsində IVI onlayn kinoteatrı platformasında serial hitləri təqdim olunur

İyunun 27-dən iyulun 18-dək IVI onlayn kinoteatrının bazasında rusiya kinosu həftələri keçirilir bu, cari ildə Russian Film Festival” brendi altında Azərbaycanda keçirilən artıq ikinci belə tədbirdir: bir həftə əvvəl Bakıda populyar rus filmlərinin oflayn nümayişləri baş tutmuşdur.

Azərbaycan tamaşaçıları IVI-də rusiya kinematoqrafiyasının ulduzlarının iştirakı ilə lentə alınmış üç rəngarəng serial hitini, gənc tamaşaçılar isə öyrədici animasiya serialını izləyə bilərlər.

“Russian Film Festival” Azərbaycanda Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə “ROSKİNO” şirkəti tərəfindən təşkil edilmişdir. Serialların hamısı azərbaycanca altyazı ilə olmaqla rus dilində nümayiş olunur.

Rusiyanın ən böyük onlayn kinoteatrı olan IVI platformasında “Russian Film Festival” proqramına aşağıdakı layihələr daxildir:

– Xeyirxah “ayıq sürücü” rolunu canlandıran Yevgeni Tsıqanovla "Sükanı belə saxla" tragikomediyası. Rejissoru Vladimir Şeqolkov olan serial zədə səbəbiylə idman karyerasını dayandırmaq məcburiyyətində qalan buz üzərində motosiklet yarışlarının keçmiş çempionu İvanın hekayəsidir. Tək qalan İvan ayıq sürücü olaraq çalışmağa başlayır və hər gün qeyri-adi sərnişinləri daşıyır. İvanın taleyini “Pobeda” avtomobili olan bir Qocayla (Vladimir Menşov) görüş dəyişir. Əvəzolunmaz aktyor və rejissor Vladimir Menşovun serialda aldığı bu rol onun yaradıcılıq bioqrafiyasında sonuncu olmuşdur. Güclü kastinq, təsirli hekayə və gözəl yumor sayəsində serial tamaşaçıların rəğbətini qazanaraq “İVİ Originals”ın ən məşhur layihələrindən birinə çevrilmişdir. “Sükanı belə saxla” serialı yekun olaraq 30 milyondan artıq baxış toplamışdır (IVI-də və NTV telekanalında).

– Platformadakı bütün rusiya serialları arasında rekord nəticə əldə etmiş Bir daha xoş gördük ekşn-komediyası. Baş rolunu Andrey Merzlikinin ifa etdiyi istehzalı təbəssümlə bol, rəngarəng və dinamik serial öldükdən sonra dirilmiş Boris adlı quldurdan bəhs edir. Borisin qətl səbəbi isə onun quldur “işindən” ayrılaraq qənnadı dükanı açmaq fikrinə düşməsi olur. Dirilən qəhrəmanımız morqda təcrübə keçən Artyom adlı tibb tələbəsi ilə tanış olur. Boris kim tərəfindən və hansı səbəblə öldürüldüyünü öyrənmək istəyir. Bu sirri açmaq yolunda qəhrəmanı mütəmadi olaraq öldürürlər, Artyom isə hər dəfəsində Borisə kömək etməli olur… IVI-dəki bütün rusiya serialları arasında Rejissor Yeqor Çiçkanovun layihəsi digərlərindən daha sürətlə 1,5 milyon baxış sayına çatmışdır. Hazırda serialın ikinci mövsümünün çəkilişləri aparılır.

– Baş rolda Yevgeni Mironovun yer aldığı rejissor Eduard Parrinin “Oyanış” detektiv trilleri. Süjetə görə müstəntiq Pavel Frolov demək olar ki iş yerində yaşayır. Qəhrəmanımız ona ən yaxın olan həyat yoldaşı və oğlu ilə keçirə biləcəyi vaxtı cinayətlərin üstünü açmağa qurban verir. Dəhşətli bir qəzadan sonra Pavlın həyatı hər gün birində onun həyat yoldaşı Svetlananın, digərində isə oğlu Kirilin sağ qaldığı iki müxtəlif reallıqlarda başlayır… İndi Pavl həyatının ən vacib cinayətinin üstünü açmalıdır. Axı ailəsinin taleyi bundan asılıdır. O, keçmişin səhvlərini düzəldərək, reallıqların kəsişdiyi zaman nöqtəsini tapa biləcəkmi? Kadrlardakı reallığa nail olmaq üçün layihə üzərində peşəkar məhkəmə ekspertləri, kriminalistlər, RF İstintaq Komitəsinin əməkdaşları, FHN xilasediciləri və psixiatrlar kimi məsləhətçilər çalışmışdır. Yevgeni Mironov xüsusilə bu rol üçün atəş və sualtı üzgüçülük bacarıqlarını mənimsəmişdir.

– Uşaqlar üçün rusiya animasiya cizgi filmlərinin liderlərindən olan “Riki” Şirkətlər Qrupu ilə birgə yaradılmış “Bodo Borodo” öyrədici animasiya serialı münayiş olunacaqdır. Bodo Borodo – gənc tamaşaçılarla birlikdə interaktiv formatda dünyanı öyrənən böyük saqqallı şən başa-bəla müəllimdir. Layihənin ilk mövsümü coğrafiyaya həsr olunub. Hər seriyanın əvvəlində Bodo Borodo “Sizə səyahət etməyi öyrədəcəm” ifadəsini işlədərək morflarla (müəllimin saqqalında yaşayan nağıl personajlarıyla) birlikdə yeni kəşflərə doğru irəliləyir. Təhlükəsiz səyahət üçün lazım olan əşyalar hansılardır? Hava limanında necə azmayaq? Bu və ya digər şəhər nəylə məşhurdur? Animasiya serialı bu və digər suallara cavab verəcəkdir. “Bodo Borodo” serialının yaradıcıları bu əsərdə absurd yumor ilə öyrədici elementləri, yaramazlıq ilə istənilən nizam-intizamı öyrədən sistemliyi, sərbəst ünsiyyət hissi ilə istənilən tədris prosesinin ciddi çərçivələrini birləşdirmişdir.

IVI abunəçiləri üçün nümayişlər https://www.ivi.ru/collections/RFFAZ səhifəsində mövcüddur

“Russian Film Festival” proqramında yer alan seriallar RFFAZ22 promokodu üzərindən əlçatandır

https://www.ivi.ru/cert/rff linkinə keçid etməklə promokodu 18 iyul tarixinədək aktivləşdirin və 30 günlük IVI abunəliyini hədiyyə olaraq qazanın.

Aktivləşdirmə bank kartının məlumatları göstərildikdə, cari abunəlik və 90 gün ərzində digər promokodların aktiv olmaması şərtilə 18 iyul 2022-ci il tarixinədək Azərbaycan ərazisində mümkündür. Daha ətraflı: https://www.ivi.ru/info/agreement.

IVI-nin geniş kataloquna aparıcı beynəlxalq və rusiya istehsalçılarının əsərləri daxildir. Abunəçilər sonradan oflayn rejimdə seyr edə bilmək üçün kino və cizgi filmlərini yükləyə bilərlər. Servis veb-interfeys, smartfon, planşet və ya Smart TV-də tətbiq kimi istənilən rahat cihazda əlçatandır.

Məlumat

“Russian Film Festival” (https://rff.online/) Azərbaycanda Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə “ROSKİNO” şirkəti tərəfindən təşkil edilmişdir. RFF-nin əsas məqsədi – xarici tamaşaçını müxtəlif janrlarda olan bədii filmlərdən tutmuş animasiya və sənədli filmlərlə zəngin müasir rusiya kontentinin müxtəlifliyi ilə tanış etməkdir. 2020-2021-ci illərdə festival 23 ölkədə keçirilərək bir milyondan artıq tamaşaçı toplamışdır. RFF-nin formatına həm onlayn, həm də beynəlxalq kinofestivallara inteqrasiya ilə “hibrid model” tipli nümayişlər, eləcə də ənənəvi əyani tədbirlər daxildir.

IVI – aylıq auditoriyası 50 milyondan çox unikal istifadəçidən obarət olan rusiyanın ən iri onlayn kinoteatrıdır. TM Consulting-in məlumatına görə, 2021-ci ilin yekunları üzrə IVI 26%-lik gəlir həcminə görə striminq xidmətləri seqmentinin lideridir. 2021-ci ildə şirkətin gəlirləri 35% artaraq 11,9 mlrd. rus rublu təşkil etmişdir.

Reklam hüququnda

Paylaş:
289

Son xəbərlər

Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15
Bütün xəbərlər