MN: Azərbaycan Ordusunun Ermənistanla sərhəddə atəş açması barədə məlumatlar yalandır | 1news.az | Xəbərlər
Cəmiyyət

MN: Azərbaycan Ordusunun Ermənistanla sərhəddə atəş açması barədə məlumatlar yalandır

Qafar Ağayev13:41 - 05 / 07 / 2022
MN: Azərbaycan Ordusunun Ermənistanla sərhəddə atəş açması barədə məlumatlar yalandır

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədi istiqamətində qarşı tərəfin atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatlar yalandır, reallığa uyğun deyil.

Bu barədə 1news.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Bu qarşı tərəfin növbəti dezinformasiyasıdır", - məlumatda deyilir.

Paylaş:
405

Son xəbərlər

Bütün xəbərlər