“N” hərbi hissəsində Silah təmiri sexi fəaliyyətə başlayıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“N” hərbi hissəsində Silah təmiri sexi fəaliyyətə başlayıb - FOTO - VİDEO

Qafar Ağayev14:10 - 06 / 07 / 2022
“N” hərbi hissəsində Silah təmiri sexi fəaliyyətə başlayıb - FOTO - VİDEO

Müdafiə nazirinin müvafiq əmrinə əsasən “Bakı Qaz Tikinti Detal” zavodunun bazasında yaradılan “N” hərbi hissəsi Azərbaycan Ordusunda mövcud tank və zirehli avtomobil texnikasının, raket-artilleriya silahlarının müharibə və sülh şəraitində əsaslı təmiri üzrə ixtisaslaşdırılıb.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, təmir zamanı texnoloji ardıcıllığa riayət olunur, texnikanın mühərrikinə, hərəkət hissəsinə, rabitə avadanlıqlarına və silahlarına tələb olunan qaydada zəmanət verilir.

“N” hərbi hissəsinin tərkibində fəaliyyət göstərən və yeni istifadəyə verilən Silah təmiri sexində əsasən raket-artilleriya silahlarının, onların avadanlıqlarının, geri təpmə qurğusunun və digər hissələrinin təmiri təmir texnologiyasına uyğun həyata keçirilir.
Sexdə təmir olunan bütün silahlar təmirdən sonra poliqon sınaqlarında atışla yoxlanılır.
Qeyd edək ki, yeni təmir sexi istifadəyə verilən hərbi hissə 1992-ci ildən fəaliyyət göstərir.

Paylaş:
347

Son xəbərlər

Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO22 / 04 / 2024, 16:36Azərbaycana mənsub sulara icazəsiz daxil olan şəxslər saxlanıldı, narkotik aşkarlandı - FOTO -VİDEO22 / 04 / 2024, 16:19“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir - FOTO - VİDEO22 / 04 / 2024, 16:10Kəndlərin qaytarılmasına etiraz edən erməni silahlılar saxlanıldı - FOTO22 / 04 / 2024, 15:58
Bütün xəbərlər