Azərbaycanlı rejissorun “Balıqlara Xütbə” filminin dünya premyerası İsveçrədə olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı rejissorun “Balıqlara Xütbə” filminin dünya premyerası İsveçrədə olacaq

Qafar Ağayev15:22 - 06 / 07 / 2022
Azərbaycanlı rejissorun “Balıqlara Xütbə” filminin dünya premyerası İsveçrədə olacaq

Hilal Baydarovun "Balıqlara Xütbə" filminin dünya premyerası müəllif kinosunun paytaxtı İsveçrədə, Lokarno Film Festivalının əsas müsabiqəsində olacaq.

1news.az xəbər verir ki, bu barədə "Ucqar Film"-dən məlumat verilib.

Bildirilib ki, bu il 75-cisi keçiriləcək Lokarno Film Festivalında "Balıqlara Xütbə" “Qızıl Bəbir” mükafatına namizəddir. Film 3500 film arasından seçilmiş 17 filmdən biridir. Film Azərbaycan, Meksika, İsveçrə və Türkiyənin birgə istehsalıdır.

Bütün iradə və əzmimizlə hər il yeni üfüqlərə, ucqarlara yelkən açmağa can atdıq!

2019-cu ildə Dünyanın bir çox nüfuzlu festivallarında göstərilən və Visions du reel'də "Məxsusi Jüri", Sarayevo Film Festıvalının baş mükafatı "Sarayevonun Ürəyi" və bir neçə başqa önəmli mükafat qazanan "Xurmalar Yetişən Vaxt" ...

Sənədli kino tariximizin ən böyük uğuru, dünyanın ən böyük sənədli film festivalı IDFA-nın əsas müsabiqəsində göstərilən "Ana və Oğul" ...

2020-ci ildə

Kino tariximizin ən böyük uğuru - Venesiya Film Festivalının əsas müsabiqəsində göstərilən "Səpələnmiş Ölümlər Arasında" ...

2021-ci ildə

Tokio Film Festivalında "Sənətə Ən Yaxşı Töhfə" mükafatına layiq görülən "Durna Çırağı"...

və nəhayət 2022 -ci ildə

"Balıqlara Xütbə" filminin Lokarno Film Festivalının əsas müsabiqəsində premyerası olacağı xəbəri bizləri və bütün kinosevərləri sevindirdiyi şübhəsizdir!

Bu və bura sığmayan bütün uğurlar təkcə "Ucqar Film"in deyil, hamımızındır! Bu böyük uğurlara görə hər kəsi və bütün kinosevərləri təbrik edirik!

Rollarda: Rəna Əsgərova, Orxan İskəndərli, Hüseyn Nəsirov

Rejissor: Hilal Baydarov

Senari: Hilal Baydarov, Aysu Akcan

İstehsalçı: Elşən Abbasov, Hilal Baydarov, Carlos Reygadas

Birgə İstehsalçı: Dan Wechsler, Jamal Zeinal-Zade, Andreas Roald, Emil Nəcəfov, Faruk Güven, Emrah Kılıç, Joaquín Del Paso

Görüntü rejissoru & Montaj: Hilal Baydarov

Bəstəkar: Kənan Rüstəmli

Səs naxışı: Christian Giraud

Tərtibatçı: Babək Otrok" - deyə, məlumatda qeyd olunub.

Paylaş:
480

Son xəbərlər

Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər